allcontent xfsearchvalue falsecomments . dleusertplnotHTML info İctimai Şuraya seçkilər-Soyuq müharibəyə START » www.ARAZXEBER.az Araz Xəbər Agentliyi

İctimai Şuraya seçkilər-Soyuq müharibəyə START

İctimai Şuraya seçkilər-Soyuq müharibəyə START

Seçkilər bitdi. DİN-nin şəffaflığı təmin etmək məqsədi ilə İctimai Şuraya təşkil etdiyi seçimlər DİN ə kölgə salacaq şəxslər tərəfindən kobud şəkildə pozuldu. Seçkilərin birinci mərhələsindən sonra cərəyan edən hiylə dolu taktikalar və karusel elə QHT rəhbərləri tərəfindən etiraza səbəb oldu və o QHT rəhbərləri özləri də fərqinə varmadan alət olduqları oyunun kartlarını ictimaiyyət qarşısında açdılar.

Maraqlı nüanslar cəmiyyəti təəccubləndirməkdə davam edir. Bir deyim var:Qanun şahdır. Əgər bu deyimi əldə rəhbər tutsaq, o zaman elə qurumun özünün qanuna zidd addım atdığının şahidi olarıq. Misal: Seçkilərin qaliblərindən olan Mehriban Zeynalova DİN yanında İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin direktorudur.

Digər qalibsə İnsan Alveri Qurbanları üçün sığınacaqların direktoru Gülayə Səfərovadır. İndi nəzərə“İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI-nda bu qələbəni qeyd edənlər barədə tamam başqa şeylər yazılıb.
Qərarın 1.3 bəndində deyilir: Mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının işçiləri həmin orqanlarda yaradılan ictimai şuraya üzv ola bilməzlər.
Yəni əgər bir nəfər tutaq ki, DİN-də işləyirsə bu nazirlik yanında yaradılan Şuraya üzv ola bilməz. Bəs niyə qərarlara hayqırılır? Əgər güc strukturunun öz içində anıblar pozulursa, başqalarından qanuna riayət etmək tələbi nə kimi doğrudur?
İŞ hələ fəaliyyətə başlamadan "karusel" xanədanının əsasını qoydu. QHT rəhbərlərinin atmacalı, statuslarına sahiblik etdi. Soxucu sözlər kampaniyası ilə yanaşı soyuq müharibəyə start verildi. Qaräida izləyicilər üçün çox əyləncəli səhnələri seyr etmək qaçılmazdır. Mövzuda danışmaq və yazmaq üçün çox nüanslar var. Bir cümlə ilə yekunlaşdırmaq. Kül o ictimaiyyətin başına ki, evindəki övladlarına nəzarəti bacarmayanlar, onları tok-şoularda axtaranlar həmin ictimaiyyətə nəzarət edəcək.
15:37
Baxıs: 25120
Reyting: