Sergey Lavrov: "Ukraynadakı vəziyyətin həlli yolunun tapılacağına əminəm”

"Ukraynadakı vəziyyətin həlli yolunun tapılacağına əminəm".

Leqal.info TASS-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov jurnalistlərə açıqlamasında deyib.

“Dünya Rusiyanın səsini eşidir. Əlbəttə, həll yolu tapılacaq. Mən buna şübhə etmirəm. Bizim üçün minimal olan şərtlər hər kəsə məlumdur. Bunlar Ukrayna ilə müzakirə olunur”, - deyə o bildirib.

Nazir həmçinin Ukrayna nümayəndə heyətinin Vaşinqtondan siqnallar aldığına əminliyini ifadə edib. “Ukrayna danışıqları təxirə salmaq üçün bəzi səbəblər tapıb. Sözsüz ki, Vaşinqtondan göstəriş alırlar. Buna heç bir şübhə yoxdur".

Eyni zamanda S.Lavrov Rusiyanın danışıqlara hazır olduğunu bir daha xatırladıb.скачать dle 10.6фильмы бесплатно
3-03-2022, 15:02
Baxıs: 33 300
Reyting: