allcontent xfsearchvalue falsecomments . dleusertplnotHTML info Həkimlik şərəfini uca tutan MAHİR SƏFƏROVUN təmənnasız xidmətləri... » www.ARAZXEBER.az Araz Xəbər Agentliyi

Həkimlik şərəfini uca tutan MAHİR SƏFƏROVUN təmənnasız xidmətləri...

Həkimlik şərəfini uca tutan MAHİR SƏFƏROVUN təmənnasız  xidmətləri...


Azərbaycan Tibb Universitetinin Tədris "Stomatoloji Klinikası"nın direktoru Mahir Əlisaoğlu Səfərov haqqında danışmaq mənim üçün şərəfli olduğu qədər də məsuliyyətlidir.
O, işdə tamamilə başqa adamdır, tələbkardır, məsuliyyətlidir. Eyni zamanda o, ürəyiyumşaq olduğundan çox xeyirxah insandır, xəstələrlə mehriban davranır, onların dərdinə məlhəm ola bilir. Bax belə insandır, Mahir həkim.
Mən deyərdim ki, həkim peşəsi üçün bütün hər nə tələb olunursa, onda cəmləşib. Bunları təkcə mən demirəm, xəstələrdən tutmuş, bütün tibb işçilərinə qədər kimdən soruşsanız Mahir həkim haqqında ağızdolusu danışacaqlar.
Mahir Səfərov çox savadlı və işini, peşəsini sevən təcrübəli həkimlərimizdən biri olmaqla yanaşı o, eyni zamanda xalqımızın sağlamlığının xidmətində dayanan qeyrətli oğullarımızdan biridir.
Ona Allahın verdiyi ömrü şərəflə yaşamağı, övladlarının xoş günlərini görməyi və ən şirin nemət olan sağlamlıq arzulayıram.
Mahir həkim təmənnasız dostlarımdandır. Dostlarımın arasında yeganə şəxsdir ki, zəng vurub hal-əhvalımı soruşur. Səhhətimlə maraqlanır. Dəyərli tibbi məsləhətlər verir. Bir sözlə, Mahir həkimlə bizim dostluğumuz əvəzsizdir.
ATU-nun "Stomatoloji Klinikası"nın direktoru haqqında danışmaq mənim üçün çox xoşdur. Onun haqq əməllərindən danışmaqla doymaq olmaz.
Allah onun ailəsinin üzərindən əskik etməsin. Lap onun haqqında deyiləsi sözüm çoxdur. Qayığkeş və bacarıqlı həkimdən, mehriban xəstəxana kollektivindən çox razıyam. Sağ olsunlar hamısı işgüzar, bacarıqlı qayğıkeş həkimlərdir.
Həyatda heç bir şey səbəbsiz baş vermir, Tanrıya verdiyi dərd üçün də, şəfa üçün də təşəkkür edirəm, sayəsində belə bir ziyalını tanıtdırdı mənə!
Əminliklə, deyirəm Mahir Əlisaoğlu Səfərov keçib xəstənin yanında əyləşə bilən, onun çəkdiyi acını bölüşməyi bacaran, ağrısını öz içindən keçirə bilən bir həkimdir.
Üzümü ona tutub Ulu Tanrıdan cansağlığı arzulayır, xəstələri üçün həmişə inam, ümid və etibar yeri olmasını diləyirəm!

Həkimlik şərəfini uca tutan MAHİR SƏFƏROVUN təmənnasız  xidmətləri...


Böyük hörmət və xoş arzularla...
Xüsusi müxbir Aybəniz Füzuliqızı.
15:01
Baxıs: 45360
Reyting: