Azərbaycanda daha 4 449 nəfər COVID-19-a yoluxub, 30 nəfər vəfat edib

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4 449 yeni yoluxma faktı qeydə alınıb, 9 372 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Leqal.info-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 30 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 764 202 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 713 324 nəfər müalicə olunaraq sağalıb, 9 157 nəfər vəfat edib. 41 721 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 558, bu günə qədər isə ümumilikdə 6 447 062 test icra olunub.скачать dle 10.6фильмы бесплатно
17-02-2022, 18:30
Baxıs: 34 805
Reyting: