Nazir: "Səhiyyənin keyfiyyətcə yeni müstəviyə qaldırılmasında orta və qısa müddətli addımlar nəzərdə tutulub"

"Azərbaycan səhiyyəsinin keyfiyyətcə yeni müstəviyə qaldırılmasında orta və qısa müddətli addımlar nəzərdə tutulub".

Leqal.info xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, hazırda Səhiyyə Nazirliyi təkcə səhiyyə sektorunda deyil, digər aidiyyəti qurumlarla birlikdə fəaliyyət göstərir:

"Bu sektorda fəaliyyətin daha da təkmilləşdirilməsi üçün lazımi addımların atılmasını labüd bilirik. Səhiyyənin keyfiyyətcə yeni müstəviyə qaldırılmasında orta və qısamüddətli addımlar nəzərdə tutulub".

Nazir bildirib ki, qısamüddətli hədəflər səhiyyə idarəetməsinin, effektiv səhiyyə sisteminin formalaşdırılması, eləcə də dövlət qurumlarla əməkdaşlığın aparılmasıdır.

T.Musayev ortamüddətli üsullara yerli dərman vasitələrinin və tibbi avadanlıqlarla təminatın aid olduğunu vurğulayıb.

O bildirib ki, əhalinin sosial müdafiəsinin gücləndirilməsi daim dövlətin əsas prioritetlərinin sırasında olur.

Nazirin sözlərinə görə, pandemiyanın ilk günlərindən başlayaraq vətəndaşların sağlamlığının qorunması əsas hədəflərdən biri olub:

“Yeni tibb müəssisələri açıldı, tələb olunan müasir dərman vasitələri ölkəyə gətirildi, vaksin platformalarına əlçatanlıq tam təmin edildi”.скачать dle 10.6фильмы бесплатно
10-02-2022, 11:30
Baxıs: 32 014
Reyting: