Ərdoğan: "Vladimir Putinlə görüşə çox böyük əhəmiyyət verirəm"

"Rusiya Prezidenti Vladimir Putinlə görüşə çox böyük əhəmiyyət verirəm".

Leqal.info xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna səfərindən ölkəsinə dönərkən təyyarədə jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Vladimir Putinlə görüşümüzün təkbətək, yoxsa Türkiyə-Rusiya Ali Səviyyəli Strateji Şura toplantısı çərçivəsində olub-olmayacağını görüşün təqvimini müəyyənləşdirəndə danışacağıq. Əgər şura toplantısı çərçivəsində istəsələr, onda görüşü həmin çərçivədə keçirəcəyik. Dünyanın gözü indi buradadır. Görəsən, Rusiya-Ukrayna arasındakı bu gərginliyin axırı necə olacaq? Donbasdakı hadisələr, sərhəddəki vəziyyət məlumdur. Bu bölgənin sülhdən, barışdan ayrılmamasını arzu edirəm. Buna görə də mübarizəmizi davam etdiririk”, - o bildirib.

Ərdoğan Rusiya və Ukrayna prezidentlərinin görüşünün keçirilməsi məsələsinə də toxunub: "Putinlə Zelenskini yüksək səviyyədə bir araya gətirmək istəyirik. Zelenski ilə müzakirələrimiz də bu istiqamətdədir. Bunu edə bilsək, nəticənin regionda yeni bir reallığa fürsət yarada biləcəyinə inanıram. Zelenski ilə görüşümüz zamanı məndə buna ümid yaranıb. İnşallah, axırı da yaxşı olar”.скачать dle 10.6фильмы бесплатно
4-02-2022, 15:00
Baxıs: 30 392
Reyting: