"Azərbaycan ərazisinin mina ilə çirklənmə səviyyəsinə görə dünyada ilk üçlükdə yer alır"

"Ermənistanın Azərbaycana verdiyi mina xəritələri emal və təhlil edilir".

"Leqal.info" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, ötən ilin noyabrından bu günə qədər 20 min hektara yaxın ərazi təmizlənib: "Mina ilə ən çox çirkləndirilən yerlər Füzuli, Ağdam rayonları, Tərtərin işğaldan azad olunan kəndləri və keçmiş təmas boyu yerləşən ərazilərdir. Ümumiyyətlə, ərazisinin mina ilə çirklənmə səviyyəsinə görə Azərbaycan dünyada ilk üçlükdə yer alır. Ermənilər işğal dövründə ikiqat minalar, tələ məftillərindən istifadə etməklə minalar yerləşdiriblər. Cürbəcür minalar qoyulub, minanın altına partlayıcı qurğular yerləşdirilib və s.".

ANAMA sədri azad olunan ərazilərdə son zamanlar insanların minaya düşməsi hallarının artmasına da münasibət bildirib: "Son hadisələr təmizlənməmiş əraziyə girişin nəticəsində baş verib".скачать dle 10.6фильмы бесплатно
12-12-2021, 12:22
Baxıs: 27 686
Reyting: