Teymur Musayev: "Azərbaycanda COVID-19-a görə ayrılan çarpayıların sayı 10 minə çatıb"

"Ölkəmiz lazımi miqdarda vaksin alır".

Leqal.info xəbər verir ki, bunu səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin səlahiyyətlərini icra edən Teymur Musayev deyib.

Onun sözlərinə görə, yanvarın 18-dən etibarən vaksinasiya davam edir: "Ölkə vətəndaşlarının 60 faizi iki doza peyvəndlənib. Altı ay keçəndən sonra üçüncü dozanı vurdura bilərlər. Bizim statistik göstəricilər şəffafdır. Dünya ölkələrinə vaksinlərin paylanması ilə bağlı qlobal siyasət qəbul edilməlidir".

O bildirib ki, Azərbaycanda pandemiya ilə mübarizədə səmərəli işlər görülüb: "COVID-19 üçün ayrılan çarpayıların sayı 10 minə çatıb. Suni nəfəs aparatları gətirilib".скачать dle 10.6фильмы бесплатно
5-11-2021, 14:03
Baxıs: 40 343
Reyting: