Azərbaycanda son gündə 3583 nəfər koronavirusa yoluxub, 30 nəfər vəfat edib

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3583 yeni yoluxma faktı qeydə alınıb, 1644 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Leqal.info-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 30 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 398 034 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 348 454 nəfər müalicə olunaraq sağalıb, 5 370 nəfər vəfat edib, aktiv xəstə sayı 44 210 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 508, ötən müddət ərzində isə ümumilikdə 4 344 428 test aparılıb.скачать dle 10.6фильмы бесплатно
24-08-2021, 20:00
Baxıs: 33 589
Reyting: