Seninem.Az > Media / Manşet Yuxarı > Jurnalistlər üçün yeni binanın istifadəyə veriləcəyi VAXT açıqlandı
Jurnalistlər üçün yeni binanın istifadəyə veriləcəyi VAXT açıqlandıTarix: 18-07-2018, 11:48. Müəllif: admin |
2017-ci ildə jurnalistlər üçün təməli qoyulan 3-cü binanın tikintisi davam etdirilir. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun rəhbəri Vüqar Səfərli deyib. O qeyd edib ki, sayca 3-cü olan binanın artıq 3-cü mərtəbəsi inşa olunur: "16 mərtəbəli, 2 giriş blokundan ibarət yaşayış binasında 255 mənzil olacaq. Bina 2020-ci ilin iyul ayında jurnalistlərin istifadəsinə veriləcək". Geri Qayıt |