Seninem.Az > Media > Mirşahinin telekanalı yayıma bu tarixdə başlayacaq

Mirşahinin telekanalı yayıma bu tarixdə başlayacaq


Tarix: 9-03-2018, 19:49. Müəllif: admin
“Real” TV-nin peyk yayımına başlayacağı tarix məlum olub.

Leqal.info Axşam.az-a istinadən xəbər verir ki, Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Toğrul Məmmədov Apa-ya bildirib ki, “Real” TV-nin martın 12-dən sonra “Azərspace-1” peykində yayıma başlayacağı nəzərdə tutulub.

Qeyd edək ki, martın 5-də MTRŞ-da “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin peyk yayımı üçün lisenziya verilməsi barədə müraciətinə baxılıb. MTRŞ-nın qərarına əsasən, “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə ixtisaslaşmış (xəbər) kanal kimi peyk yayımı üçün müddətsiz lisenziya verilib.

“Real” TV-nin baş direktoru Mirşahin Ağayevdir.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt