Seninem.Az > Media / Manşet Yuxarı / Manşet Sağ > Bu vəzifənin icrası Elşad Hacıyevə tapşırıldı
Bu vəzifənin icrası Elşad Hacıyevə tapşırıldıTarix: 11-07-2023, 14:56. Müəllif: admin2 |
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi vəzifəsinin müvəqqəti icrası polis polkovnik-leytenantı Elşad Hacıyevə tapşırılıb. Bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Qeyd edək ki, daha əvvəl DİN-in Mətbuat Xidmətinin rəisi polis polkovniki Ehsan Zahidov idi. O, ötən gün xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. E.Hacıyev isə nazirliyin Mətbuat Xidmətinin şöbə rəisidir. Geri Qayıt |