Koronavirus pandemiyasının səbəbi MƏLUM OLDU

Koronavirus pandemiyasının səbəbi MƏLUM OLDU

ABŞ-ın Federal Təhqiqatlar Bürosu (FTB) koronavirusun yayılmasının Çin hökumətinin nəzarətində olan laboratoriyadan sızma olduğunu hesab edir.

Müvafiq bəyanatla büronun direktoru Kristofer Rey çıxış edib.

“Pandemiyanın mənbəyi çox güman ki, Vuhandakı laboratoriya hadisəsidir”, – o deyib.

FTB direktoru həmçinin Çin hökumətini pandemiyanın səbəblərini müəyyənləşdirmək işinə müdaxilə etməkdə ittiham edib.

Qeyd edək ki, fevralın 26-da ABŞ Energetika Nazirliyi COVID-19-un səbəbini laboratoriya sızması adlandırıb.

Ağ Evin sözçüsü Con Kirbi fevralın sonunda Vaşinqtonda bu mövzuda konsensus olmadığına diqqət çəkib.

İqbal Rzayev,

KONKRET.azскачать dle 10.6фильмы бесплатно
1-03-2023, 10:34
Baxıs: 354
Reyting: