Bakıda yol üstündə qan töküldü: Keçmiş polisi bıçaqladılar

Bakıda yol üstündə qan töküldü: Keçmiş polisi bıçaqladılar

Səbail rayonunda xuliqanlıq niyyəti ilə bıçaqlanma hadisəsi baş verib.

Vaxtilə daxili işlər orqanlarında serjant işləmiş, 1995-ci il təvəllüdlü Asim Abdullazadəni 2000-ci il təvəllüdlü Ələddin Əhmədli bıçaqlayıb. Yaralının vəziyyəti ağır kimi qitmətləndirlir.

Əməldə şübhəli bilinən Ə.Əhmədli saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. Onun barəsində Cinayət Məcəlləsinin 221.3 (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Hadisə avtomobil idarə edən tərəflərin bir-birinə yol vermədiyi üçün şəxsi münasibətlər zəminində baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən faktı təsdiqləyiblər.

  lent.azскачать dle 10.6фильмы бесплатно
6-10-2022, 15:18
Baxıs: 416
Reyting: