Salyanın kəndində gecələr evlərə hücum edilir: Dəmir parçası ilə mətbəxə girib...

Salyanın kəndində gecələr evlərə hücum edilir: Dəmir parçası ilə mətbəxə girib...

Salyanın Yenikənd kəndinin sakinləri vahimə içərisində yaşayırlar.

Kənd sakinlərinin   verdiyi məlumata görə, təxminən 10 gündür ki, qarətçilərin hücumuna məruz qalırlar. Qarətçilər evlərə bir qayda olaraq gecələr hücum edirlər.

Belə ki, baş verən olaylar hələlik hücum və qarət xarakterli hadisə kimi dəyərləndirilsə də, səbəblər tam olaraq bəlli deyil. Qarətçilərin maska taxaraq qənimət ələ keçirmək ehtimalı olan evləri hədəf seçdikləri deyilir.

Məlumata görə, məktəb direktoru, market sahibi, mal-qarasını yenicə satmış  kənd sakini və daha bir neçə şəxs çağırılmamış "qonaqların" hədəfinə  çevriliblər.  Qarətçilərin əldə etdikləri qənimətlərlə kifayətlənməyərək oyaq olan ev  sahiblərinə xəsarət yetirmələri kənddə vahimənin miqyasını sürətlə genişləndirir.

Artıq 2 nəfər kənd sakininin xəsarət aldığı və xəstəxanaya yerləşdirildiyi bildirilir.

Salyan rayon İcra Hakimiyyəti başçısının Yenikənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Pirverdi Cəfərov kənddə baş verən hadisələrlə bağlı  danışıb:

"Hazırda bununla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Polis, kənd əhalisi 15-20 gündür ki, hücumların kim tərəfindən törədilməsini tapmağa çalışır. Hələlik əldə tutarlı faktlar yoxdur". 

Kənd nümayəndəsi bildirib ki, hadisə gecə saat 03:00 radələrində baş verir. Hücum edən şəxs məhz bu saatlarda evlərin mətbəxinə girir:

"Evə hücum çəkən şəxs xəsarət yetirdiyi kənd sakinlərinin baş və üz nahiyəsini hədəf alaraq onlara zərbələr yetirib. Hər iki şəxsin vəziyyətləri hazırda normaldır. Xəsarət alan ikinci şəxs evə hücum edən şəxslə əlbəyaxa olub. Bu zaman evə hücum edən şəxs əlindəki silah kimi istifadə etdiyi dəmir parçasını evdə qoyub qaçıb”.

Pirverdi Cəfərov bildirib ki, polis bir nəfər şəxsi şübhəli olaraq saxlayıb və nəzarətə götürüb:

"Həmin şəxsin anası kənddə yaşayır, amma özü şəhərdə kirayə qalır. Çox ehtimal ki, kənddəki evlərə hücum edənlərin sırasında o şəxsdən başqa digər şəxslər də var". 

Cebhe.infoскачать dle 10.6фильмы бесплатно
26-08-2022, 10:14
Baxıs: 290
Reyting: