Yeni məktəbli formalarının qiyməti necə hesablanacaq?

Yeni məktəbli formalarının qiymətləri hələ təsdiqlənməyib.


Bu barədə Trend-in suallarıın cavablandırarkən "Bakı Tikiş Evi" ASC-nin satış şöbəsinin müdiri Etibar Əzimov bildirib.

Onun sözlərinə görə, məktəbli formalarının qiyməti onun rəngindən, formasından və parçanın keyfiyyətindən aslıdır.

"Yeni məktəbli formasının nümunələri təsdiq olunub. Lakin qiymətlər məktəblərin seçimindən asılı olacaq. Məktəb hansı rəngdə, hansı parça növündən istəsə, qiymətlər ona uyğun müəyyən olunacaq", - deyə o əlavə edib.

Qeyd edək ki, Təhsil Nazirliyi hazırda istifadədə olan geyim formalarının 2022-2023-cü tədris ilinin sonunadək tətbiq edilməsinə icazə verildiyini, yeni geyim formaları tam tətbiq olunduqdan sonra şagirdlərin ümumi təhsil müəssisəsinə fərqli geyimdə gəlməsinə yol verilməyəciyini bildirib.скачать dle 10.6фильмы бесплатно
30-03-2022, 22:43
Baxıs: 44 615
Reyting: