XİN: "İndiyədək Ukraynadan Azərbaycana 3 138 nəfər təxliyə olunub"

Ukraynadakı vəziyyətlə əlaqədar bu ölkədəki Azərbaycan vətəndaşlarının qonşu ölkələrin ərazisindən keçməklə Azərbaycana təxliyəsi davam edir. İndiyədək Azərbaycana 3 138 nəfər təxliyə olunub.

Xarici İşlər Nazirliyindən Leqal.info-ya verilən məlumata görə, onların sırasında çarter reysləri vasitəsilə 1908 nəfər, quru yolu ilə təxliyə olunanlar isə 1263 nəfər təşkil edir.

"Vətəndaşlarımızın təxliyəsi üçün Azərbaycan hökuməti tərəfindən əksəriyyəti Rumıniyanın Yassi şəhərindən olmaqla, Rumıniya və Polşa ərazisindən indiyədək 10 çarter reysi təşkil olunub. Bu reyslərlə əsasən qadınlar, uşaqlar, yaşlılar, xəstələr və digər həssas qrupa daxil olan vətəndaşlarımızın təxliyəsinə üstünlük verilib. Vətəndaşlarımızın həm çarter reysləri, həm də qonşu ölkələrin ərazisindən keçməklə avtobuslarla təxliyəsi davam edəcək", - deyə məlumatda vurğulanıb.скачать dle 10.6фильмы бесплатно
7-03-2022, 17:00
Baxıs: 32 507
Reyting: