Milli Məclisin komitə sədri Ermənistan parlamentinin rəhbəri ilə görüşüb

AVRONEST Parlament Assambleyasının nümayəndələri ilə Ermənistan parlamentinin spikeri vəzifəsini icra edən Hakob Arşakyan arasında görüş keçirilib.

Leqal.info-nun xəbərinə görə, görüşdə Azərbaycan tərəfdən Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili iştirak edib.

Toplantıda Ermənistan-Avropa Birliyi münasibətlərindən danışan Arşakyan Ermənistan-Azərbaycan münasibətlərinə toxunub. O, çıxışında 44 günlük müharibənin insan itkiləri, humanitar problemlərə səbəb olduğunu, Azərbaycanda hələ də erməni hərbçilərin saxlanıldığını qeyd edib.

Görüşdə iştirak edən deputat Tahir Mirkişili çıxış edərək Dağlıq Qarabağ adlı münaqişənin bitdiyini, belə bir ərazi vahidinin Azərbaycanda olmadığını qeyd edərək daha çox sərhədlərin müəyyyən olunmasına, sülh sazişinin imzalanmasına, kommunikasiyaların açılmasına diqqət yetirməyin vacibliyini xatırladıb. O, eyni zamanda, regionda bütün dağıntıların və faciələrin Azərbaycan ərazisində olduğunu, azad edilmiş ərazilərdə 900-dən çox şəhər və kəndin, o cümlədən öz evinin yerlə-yeksan olunduğunu qeyd edərək, Azərbaycanın hər zaman bütün xalqların mədəni irsinə hörmətlə yanaşdığını qeyd etmişdir. Azərbaycanda saxlanılan şəxlərin əsir deyil, məhkəmə qərarı ilə günahı sübut olunmuş cinayətkarlar olduğunu da diqqətə çatdırıb.

Ermənistan parlamenti spikerinin Qarabağda yaşayan ermənilərin taleyi haqda narahatlığına münasibət bildirən Tahir Mirkişili onun yəqin ki, Xankəndini nəzərdə tutduğunu deyərək, ordakı iqtisadi və sosial vəziyyətin bizdə də narahatlıq doğurduğunu vurğulayaraq, ən doğru yolun ermənilərin tezliklə Azərbaycan vətəndaşlığını qəbul etməsi və sosial, iqtisadi resurslardan yararlanması olduğunu qeyd edib. Azərbaycan və Ermənistanın gündəliyində sülhün, inkişafın olmasının vacibliyini qeyd edən deputat, bu məsələlərdə parlamentlərin hökumətə və xalqa daim dəstək göstərməli olmasının vacibliyini xüsusi vurğulayıb.

Daha sonra görüşdə Avronest Parlament Assambleyasında müzakirə olunuan məsələlər müzakirə edilib.скачать dle 10.6фильмы бесплатно
23-02-2022, 15:30
Baxıs: 29 928
Reyting: