İctimai nəqliyyat tələbələr üçün PULSUZ OLACAQ?

Tələbələr cəmiyyətin aktiv üzvləri və ölkənin gələcək taleyini həll edən təbəqədir. Bu baxımdan, dünyanın müxtəlif ölkələrində həmin təbəqəyə dəyər verilir və onlar üçün müəyyən güzəştlər nəzərdə tutulur.

Əsasən kirayəşin olan bu təbəqənin nümayəndələri son vaxtlar müşahidə edilən bahalaşma fonunda çətinlik çəkirlər.Əlbəttə, xərclərin kifayət qədər çox olduğu vaxtda tələbələr üçün heç olmasa, ictimai nəqliyyatın pulsuz olması yükü bir qədər azalda bilər. Ən azından ictimai nəqliyyatdan pulsuz istifadə edə bilərlər…
Leqal.info xəbər verir ki, bu barədə Modern.az-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov bildirib ki, bir çox dünya dövlətlərində olduğu kimi bizim ölkədə də tələbələrin nəqliyyatdan istifadəsində güzəştlər edilməsi nəzərdən keçirilə bilər:
“Qardaş ölkə Türkiyədə və bir sıra başqa ölkələrdə belə güzəştlər mövcuddur. Hesab edirəm ki, bizdə də bu məsələ düşünülüb, təhlil edilərək tələbələrin nəqliyyatdan istifadə edilməsi məsələsinə baxıla bilər”.

Məmmədov hətta belə bir güzəştin vacibliyini də vurğulayıb:

“Bu gün tələbələrimiz təhsillə bağlı müəyyən çətinliklərlə üzləşirlər. Bu baxımdan tələbələrə belə bir güzəştin verilməsi yaxşı olardı ki, onlar müəyyən formalarda, müəyyən qaydalarda bu əməkdaşlıqdan istifadə edə bilsinlər. Yəni, burada söhbət onların güzəşt almasından gedir ki, bu gün, ümumiyyətlə, tələbələr zaman-zaman yataqxana ilə, təhsil haqqı ilə, başqa-başqa məsələlərlə bağlı çətinlik çəkirlər.

Hesab edirəm ki, belə güzəşt elmə, təhsilə qayğı deməkdir. Tələbələrə az da olsa güzəştlərin edilməsi məsələsinə nəqliyyat şirkətləri və aidiyyatı qurumlar baxa bilər. Bu həm də bizim elmimizin inkişafına, irəliyə getməsinə, daha da güclənməsinə töhfə ola bilər. Hesab edirəm ki, bununla biz qarşımıza qoyduğumuz müəyyən məqsədlərə nail ola bilərik”.скачать dle 10.6фильмы бесплатно
14-02-2022, 23:11
Baxıs: 27 676
Reyting: