Azərbaycanda yeni idman federasiyası yaradılıb

Azərbaycanda yeni idman federasiyası yaradılıb.

Leqal.info-nun məlumatına görə, bu, Qış İdman Növləri Federasiyasıdır.

Federasiyanın prezidenti Fuad Nağıyev, baş katibi isə Günel Bədəlova seçilib.

Yeni federasiyaya dağ xizəyi, snoubord, xizək alpinizmi və fiqurlu konkisürmə növlərinin inkişafı ilə məşğul olacaq.

Gənclər və İdman Nazirliyində keçirilmiş təsis konfransından sonra F.Nağıyev jurnalistlərə bildirib ki, Azərbaycan Dağ Xizəyi Federasiyası və Fiqurlu Konkisürmə Federasiyası ləğv olunub. Eyni zamanda yeni federasiyanın nizamnaməsində dəyişiklik edilib.скачать dle 10.6фильмы бесплатно
31-01-2022, 13:05
Baxıs: 24 889
Reyting: