Seninem.Az > Mədəniyyət / Manşet Yuxarı > Azərbaycanın tanınmış rep ifaçısı Anar Nağılbaz dünyasını dəyişib
Azərbaycanın tanınmış rep ifaçısı Anar Nağılbaz dünyasını dəyişibTarix: 4-08-2018, 20:47. Müəllif: admin |
Bu gün Azərbaycanın tanınmış rep ifaçısı və daha çox Anar Nağılbaz kimi tanınan Anar Cəbiyev 44 yaşında dünyasını dəyişib. Anar Cəbiyev 1974-cü ilin mart ayının 28-də anadan olub. Anar Nağılbaz Azərbaycanın ilk rep ifaçısı sayılır. O, replə məşğul olmağa 1988-ci ildə başlayıb. Artıq 1990-cı ildə A.Nağılbaz Yaltada beynəlxal festivalda "Bivəfa" mahnısı ilə Azərbaycanı təmsil edib. İlk albomunun 1996-cı ildə buraxıb. Anar Nağılbazı Azərbaycan repinin atası adlandırırdılar. Allah rəhmət eləsin! Geri Qayıt |