Seninem.Az > Mədəniyyət / Manşet Yuxarı / Manşet Sağ > Bu tibbi xidmətlər də nağdsız ödəniş qəbul edəcək

Bu tibbi xidmətlər də nağdsız ödəniş qəbul edəcək


Tarix: 19-05-2023, 13:06. Müəllif: admin2
Bu tibbi xidmətlər də nağdsız ödəniş qəbul edəcək

Özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər də tibbi yardıma görə nağdsız ödəniş qəbul edəcəklər.

Bununla bağlı Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Özəl tibb fəaliyyəti haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

“Nağdsız hesablaşmalar haqqında” qanununa edilən dəyişikliyə əsasən nağdsız hesablaşmaların əhatə dairəsi genişləndirilərək bu sıraya tibb müəssisələri ilə yanaşı, özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlər üzrə bir əməliyyat çərçivəsində 500 manatdan artıq olan ödənişlər də əlavə edilib.

Bununla da, hüquqi şəxs yaradıb- yaratmamasından asılı olmayaraq, bütün özəl tibbi fəaliyyətə nağdsız əməliyyatlara münasibətdə eyni hüquqi rejim tətbiq olunub.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt