Seninem.Az > Mədəniyyət / Manşet Yuxarı / Manşet Sağ > “Avroviziya”da finala çıxan ölkələr - SİYAHI

“Avroviziya”da finala çıxan ölkələr - SİYAHI


Tarix: 12-05-2023, 08:53. Müəllif: admin2
“Avroviziya”da finala çıxan ölkələr - SİYAHI

“Avroviziya 2023” mahnı müsabiqəsinin ikinci yarımfinalı keçirilib.

Ukrayna adından Liverpulda baş tutan yarışmada Danimarka, Avstraliya, Kipr, Albaniya, Avstriya, Gürcüstan, Ermənistan, Belçika, Yunanıstan, İslandiya, Litva, Rumıniya, San-Marino, Sloveniya və Estoniya finala keçmək uğrunda mübarizə aparıblar.

Sonda səsvermə nəticəsində 10 ölkə – Albaniya, Kipr, Estoniya, Belçika, Avstriya, Litva, Polşa, Avstraliya, Ermənistan, Sloveniya finala vəsiqə qazanıb.

Birinci yarımfinaldan finala vəsiqə qazanan ölkələr isə Xorvatiya, Moldova, İsveçrə, Finlandiya, Çexiya, İsrail, Portuqaliya, İsveç, Serbiya, Norveç olub.

Qeyd edək ki, yarışmada Azərbaycanı Tural və Turan Bağmanov qardaşları təmsil edirdi. Onlar “Tell me more” mahnısı ilə birinci yarımfinalda 12-ci nömrə altında səhnəyə çıxıb. Əkizlərə finala vəsiqə qazana bilməyib.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt