Seninem.Az > Mədəniyyət / Manşet Yuxarı / Manşet Sağ > Əməkdar artistin oğlu həkim qızla evləndi - FOTO
Əməkdar artistin oğlu həkim qızla evləndi - FOTOTarix: 11-11-2022, 10:55. Müəllif: admin2 |
Əməkdar artist Bəsti Sevdiyevanın övladının xeyir işi olub. Sənətçinin oğlu Ayxan sevib-seçdiyi Gülarə adlı xanımla ailə həyatı qurub. Cütlüyün toyu paytaxt restoranlarından birində keçirilib. Onların şad günündə bir sıra sənət adamları da iştirak ediblər. Gülarə ilə Ayxanın qız toyu ötən il Rusiyada keçirilsə də, cütlüyün oğlan toyu pandemiya səbəbilə təxirə salınmışdı. Hazırda onların bir qız övladı var. Əməkdar artistin gəlini Gülarə diş həkimidir. baku.ws Geri Qayıt |