Seninem.Az > Mədəniyyət / Manşet Yuxarı / Manşet Sağ > Telekanallar efir proqramında dəyişiklik etdi - AÇIQLAMA

Telekanallar efir proqramında dəyişiklik etdi - AÇIQLAMA


Tarix: 15-09-2022, 11:14. Müəllif: admin2
Telekanallar efir proqramında dəyişiklik etdi - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törətməsi nəticəsində 50 hərbi qulluqçumuz şəhid olub.

Bu səbəbdən Azərbaycanda televiziyalar efir proqramında dəyişiklik edib.

"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nərgiz Rəfiyeva Manset.az-a bildirib ki, Ermənistan silahlı qüvvələrinin 12 sentyabr tarixindən dövlət sərhədində törətdiyi təxribatlarla əlaqədar QSC AzTV, Mədəniyyət TV, İdman TV və Azərbaycan Radiosunda əyləncəli, musiqili və şou xarakterli verilişlərin yayımını dayandırıb, efir proqramı baş verən hadisələrə tam uyğunlaşdırılıb.


“Xəzər” televiziyasının ictimaiyyətlə əlaqələr və əməkdaşlıq departamentinin rəhbəri qeyd edib ki, Xəzər televiziyası efir cədvəlini tamamilə dəyişib:
“Xəzər Media Mərkəzinin əməkdaşları arasında ailə üzvlərindən şəhid olanlar, qazi olanlar var. Buna görə də, biz bu acını daha dərindən duyuruq. Şou-proqramlar, anonslar dayandırılıb və yayım sərhəddə baş verənlərə həsr olunub. Heç bir veriliş efirə getmir. Efirə gedənlər yalnız hərbi əməliyyatlara həsr edilən filmlər, "Oyanış: Böyük Səlcuqlu" və vaxtaşırı xəbərlərin çıxışıdır. Sərhəddə baş verən yeniliklərlə bağlı nəzərdə tutulmayan çıxışlar da olur. Bizim "Xəbər ertəsi" proqramı Aytən Səfərova və Elmin Bayramlının aparıcılığı ilə səhər saat 07:30-dan 10:00-a qədər davam edir. Həmin verilişin dünənki və bugünkü efirinə aid heç bir süjet yayımlanmır. Hərbi məlumatlar, erməni ordusunun Azərbaycan ordusuna qarşı edilən təxribatlarına yönələn xəbərlər yer alır.
Eyni zamanda, dünən Xəzər Media Mərkəzinin baş direktoru Murad Dadaşovun qərarı ilə "Təsir dairəsi" verilişinin formatı dəyişdirildi. Efirə dəvət edilən qonaqlar yalnız millət vəkilləri, hərbi ekspertlər və söz sahibi olan qonaqlar oldu.


Radioların efirində də dəyişiklik var. Araz FM və Xəzər FM-in dinləyici auditoriyası üçün bütün verilişlər və musiqilər həm qürurverici, həm də kədərli məzmundadır. İstər sosial şəbəkələrdə, istər efirdə, istərsə də digər paylaşımlarda dəyişikliklər olub”.

Space televiziyasından verilən açıqlamaya görə, yayım siyasətində dəyişiklik edilib:


“Bütün uşaq verilişləri dayandırılıb, hər saatın tamamında xəbərlərin xüsusi buraxılışı olur. Həm xəbərlər gedir, həm də millət vəkilləri, siyasətçilər, politoloqlar qonaq qismində iştirak edərək bu hadisələri analitik baxımdan şərh edirlər. Şəhidlərin adları ilə şəkilləri birgə hazırlanır və efirdə onlar haqqında məlumatlar mütəmadi olaraq efirdə yayımlanacaq”.


“ARB” televiziyası və “Azad Azərbaycan” (ATV) kanalından bildirilib ki, efirdə olan əyləncəli verilişlərin yayımı dayandırılıb. "Səni axtarıram" proqramı da yayın axışını dəyişdirərək siyasətçilər, hərbiçilər və ictimai-siyasi ziyalılarla ermənilərin sərhəddə törətdiyi təxribarlarla bağlı efirdə müzakirələr, diskusiyalar aparır.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt