Seninem.Az > Mədəniyyət / Manşet Yuxarı > Nəsir Əhmədli vəfat etdi
Nəsir Əhmədli vəfat etdiTarix: 7-06-2022, 12:00. Müəllif: admin |
|
Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq jurnalistika kafedrasının professoru, filologiya elmləri doktoru Nəsir Əhmədli dünyasını dəyişib. Leqal.info xəbər verir ki, o, uzunsürən xəstəlik (ağciyər xərçəngi) səbəbindən vəfat edib. Uzun illər BDU-nun Jurnalistika fakültəsində çalışmış tanınmış publisist doğulduğu Tovuz rayonunda dəfn olunacaq. Qeyd edək ki, Nəsir Əhmədli 1942-ci ildə Tovuz rayonunun Alakol kəndində anadan olub. 1971-ci ildə BDU-nun Jurnalistika fakültəsini bitirib. 2004-cü ildən Beynəlxalq Jurnalistika kafedrasında çalışıb. Ötən ay BDU-da onun 80 illik yubileyi qeyd edilib. Allah rəhmət eləsin! Geri Qayıt |