Seninem.Az > Aktual / Manşet Yuxarı > AQTA Bakıda dönərdən kütləvi zəhərlənmə ilə bağlı araşdırmalara başlayıb

AQTA Bakıda dönərdən kütləvi zəhərlənmə ilə bağlı araşdırmalara başlayıb


Tarix: 13-12-2021, 13:38. Müəllif: admin
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakıda dönərdən kütləvi zəhərlənmə ilə bağlı araşdırmalara başlayıb.

Bu barədə Leqal.info-ya agentlikdən məlumat verilib.

"Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə AQTA-nın mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək", - agentlikdən bildirilib.

Qeyd edək ki, dekabrın 12-də “28 Mall” Ticarət Mərkəzinin yaxınlığında dönərxanalardan birində kütləvi zəhərlənmə baş verib. Nəticədə 8 nəfər zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə müraciət edib. Onlardan biri evə buraxılıb, 7-nin müalicəsi davam etdirilir.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt