Seninem.Az > Mədəniyyət / Manşet Yuxarı > “Mədəniyyət” televiziyasına yeni direktor təyin olunub
“Mədəniyyət” televiziyasına yeni direktor təyin olunubTarix: 19-10-2021, 19:58. Müəllif: admin |
"Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin “Mədəniyyət” telekanalına yeni direktor təyin olunub. "AzTV"nin sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən Leqal.info-ya verilən məlumata görə, bununla bağlı QSC-nin sədri Rövşən Məmmədov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Əməkdar incəsənət xadimi Ülviyyə Oqtay qızı Kərimova (Ülviyyə Könül) QSC-nin nəzdində fəaliyyət göstərən “Mədəniyyət” telekanalının direktoru vəzifəsinə təyin edilib. O, 2019-cu ilin oktyabrından indiyə qədər "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin baş rejissoru vəzifəsində çalışıb. Qeyd edək ki, əvvəllər telekanala Əməkdar artist Ramil Qasımov rəhbərlik edib. O, mədəniyyət naziri Anar Kərimovun əmri ilə 2020-ci ildə Heydər Əliyev Sarayının direktoru vəzifəsinə təyin edilib. Geri Qayıt |