Seninem.Az > Mədəniyyət / Manşet Yuxarı > Xalq artisti Ramiz Əzizbəyli infarkt keçirib, vəziyyəti ağırdır
Xalq artisti Ramiz Əzizbəyli infarkt keçirib, vəziyyəti ağırdırTarix: 3-06-2021, 11:00. Müəllif: admin |
Azərbaycanın Xalq artisti, kinorejissor Ramiz Əzizbəyli infarkt keçirib. Bu barədə Leqal.info-ya sənətçinin ailəsindən məlumat verilib. Xalq artisti hazırda xəstəxanada müalicə olunur: “Ramiz Əzizbəyli artıq iki həftədən çoxdur koronavirusa yoluxub və müalicə alır. Bir neçə gün əvvəl infarkt keçirdiyi üçün xəstəxananın reanimasiya şöbəsinə köçürülüb. Vəziyyəti sabit-ağırdır”. Qeyd edək ki, 72 yaşlı Xalq artisti Zığ qəsəbəsində yerləşən koronaviruslu xəstələrin müalicə aldığı modul tipli hospitala yerləşdirilib. Geri Qayıt |