Seninem.Az > Mədəniyyət / Manşet Yuxarı > Röya Ayxan “Bakutel-2019” sərgisində italiyalı robotla birgə mahnı oxuyub

Röya Ayxan “Bakutel-2019” sərgisində italiyalı robotla birgə mahnı oxuyub


Tarix: 9-12-2019, 02:39. Müəllif: admin
Tanınmış müğənni, Xalq artisti Röya dünya şöhrətli robotla birgə mahnı oxumaq üçün “Bakutel-2019” sərgisində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Robopark” stendini ziyarət edib.

Leqal.info-nun məlumatına görə, Röya Ayxan sözləri və müsiqisi Zülfi Bədəlova məxsus “Mənə sevgindən bəhs et” mahnısını Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Robopark” zonasında İtaliyadan gətirilən, dünyanın ən məşhur robotu TEOTRONİCO-nun müşayiəti ilə ifa edib.

Qeyd edək ki, məhşur pianoçu TEOTRONİCO “Bakutel-2019” 25-ci Yubiley Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgisində iştirak etmək üçün İtaliyadan Bakıya gətirilib.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt