Seninem.Az > Mədəniyyət / Manşet Yuxarı > Müslüm Maqomayevin həyat yoldaşı xəstəxanaya yerləşdirilib

Müslüm Maqomayevin həyat yoldaşı xəstəxanaya yerləşdirilib


Tarix: 12-11-2019, 13:37. Müəllif: admin
Dünya şöhrətli müğənni və bəstəkar, SSRİ və Azərbaycanın Xalq artisti Müslüm Maqomayevin həyat yoldaşı, opera müğənnisi Tamara Sinyavskaya təcili xəstəxanaya yerləşdirilib.

"Leqal.info" "REN TV"yə istinadən xəbər verir ki, 76 yaşlı sənətçi hazırda kardiocərrahiyyə şöbəsində müayinədən keçirilir.

Həkimlər müayinədən sonra əməliyyat və ya konservativ müalicə barədə qərar verəcəklər.

Xatırladaq ki, 1943-cü il iyulun 6-da anadan olan Tamara Sinyavskaya SSRİ Xalq artisti, Azərbaycanın Xalq artisti, musiqi sənətinin Əməkdar xadimidir. O, Rusiyanın "Şərəf" ordeni və IV dərəcəli "Vətənə xidmətlərinə görə" ordeni ilə təltif olunub.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt