Axtarışda olan 323 nəfər sərhəddə SAXLANILDI

Ötən ay axtarışda olan 323 nəfər sərhəddə saxlanılıb.

Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildirilib.

Qeyd olunub ki, cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 323 nəfər aşkarlanaraq aidiyyəti оrqanlara təhvil vеrilib.

Ölkədən çıxışı qadağan olunan 538 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olunan 24 nəfərin Azərbaycana daxil olmasının qarşısı alınıb.скачать dle 10.6фильмы бесплатно
18-02-2024, 11:22
Baxıs: 1 222
Reyting: