AQTA Bakıda dönərdən kütləvi zəhərlənmə ilə bağlı araşdırmalara başlayıb
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakıda dönərdən kütləvi zəhərlənmə ilə bağlı araşdırmalara başlayıb.
Bu barədə Leqal.info-ya agentlikdən məlumat verilib. "Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə AQTA-nın mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək", - agentlikdən bildirilib. Qeyd edək ki, dekabrın 12-də “28 Mall” Ticarət Mərkəzinin yaxınlığında dönərxanalardan birində kütləvi zəhərlənmə baş verib. Nəticədə 8 nəfər zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə müraciət edib. Onlardan biri evə buraxılıb, 7-nin müalicəsi davam etdirilir. |
XƏBƏR LENTİ
Dünən, 09:46
Dünən, 09:46
Dünən, 09:46
Dünən, 09:46
Dünən, 09:46
23-04-2024, 08:57
23-04-2024, 08:57
23-04-2024, 08:57
23-04-2024, 08:57