Seninem.Az > Aktual / Manşet Yuxarı > Qarabağda yaşayış massivlərinin tikintisinə özəl şirkətlər də cəlb olunacaq

Qarabağda yaşayış massivlərinin tikintisinə özəl şirkətlər də cəlb olunacaq


Tarix: 10-12-2021, 18:51. Müəllif: admin
İşğaldan azad edilmiş ərazilərdə yaşayış massivlərinin inşası ilə bağlı dövlət-özəl sektor tərəfdaşlığı inkişaf etdiriləcək.

Leqal.info xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı "İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" sərəncamda əksini tapıb.

Sərəncamda həmçinin qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərdə ekoloji təmiz texnologiyaları tətbiq edən, “yaşıl artım” yaradan və bərpa olunan enerji mənbələrindən istifadə edən investorlara dəstək göstəriləcək.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt