Azərbaycanda yeni qayda qüvvəyə minir - Bunu etsəniz 150 manat CƏRİMƏLƏNƏCƏKSİNİZ

Azərbaycanda yeni qayda qüvvəyə minir - Bunu etsəniz 150 manat CƏRİMƏLƏNƏCƏKSİNİZ

Bu gündən etibarən nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsi ilə bağlı yeni qaydalar qüvvəyə minir.

Bu sözləri Baku.ws-ə açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis leytenantı Elvin Hacıyev bildirib.
O əlavə edib ki, yeni qaydalara əsasən nəqliyyat vasitələrinin küləyə qarşı olan ön şüşəsinin yuxarı hissəsinə istehsalçı zavod tərəfindən quraşdırılmış günlüklərin hündürlüyü səviyyəsində, nəqliyyat vasitələrinin konstruksiyasında günlüklər nəzərdə tutulmadıqda isə 15 sm-dən çox olmamaq şərtilə “plyonka” çəkilməsinə icazə verilir:

“Eləcə də nəqliyyat vasitələrinin sürücüdən arxa tərəfdə yerləşən yan şüşələrinə, yük yerinin yan şüşələrinə və arxa şüşələrinə qeyd edəcəyim örtüklərin çəkilməsinə yol verilir. Minik avtomobillərində “plyonka” çəkilməsi və jalüz quraşdırılmasına, yük avtomobilləri, avtobuslar, mikroavtobus, trolleybuslar və tramvaylarda “plyonka” çəkilməsinə, sərnişindaşıma fəaliyyətində istifadə olunan avtobus və mikroavtobuslar istisna olmaqla, jalüz quraşdırılması və ya pərdə asılmasına. Bu qaydada nəzərdə tutulan hal istisna olmaqla, nəqliyyat vasitələrinin küləyə qarşı olan ön şüşələrinə, habelə sürücdən sol və ya sağda yerləşən ön qapının şüşələrinə örtüklərin çəkilməsinə yol verilmir.

Nəqliyyat vasitələrinin küləyə qarşı olan ön şüşəsinin yuxarı hissəsinə, hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda nəqliyyat vasitələrinin sürücüdən arxa tərəfdə yerləşən yan şüşələrinə, yük yerinin yan şüşələrinə, arxa şüşələrə çəkilən örtüklərin işıqburaxma qabiliyyətinin həddi məhdudlaışdırılmır.

“Plyonka” şüşələrə içəri tərəfdən çəkilməli, jalüz və pərdələr pəncərələrə müvafiq olaraq içəri tərəfdən quraşdırılmalıdır. Bütün sürücülərin diqqətinə çatdırmaq istərdik ki, qaydalara riayət etməyən şəxslər İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 150 manat cərimə olunacaqlar”.скачать dle 10.6фильмы бесплатно
24-02-2023, 11:26
Baxıs: 235
Reyting: