İlham Əliyev Yaponiya İmperatorunu təbrik etdi

İlham Əliyev Yaponiya İmperatorunu təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yaponiyanın İmperatoru Əlahəzrət Naruhitoya təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Yaponiyanın milli bayramı - Təvəllüd Gününüz münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Yaponiya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.скачать dle 10.6фильмы бесплатно
23-02-2023, 12:07
Baxıs: 315
Reyting: