Marketlərdə alıcılar necə aldadılır?

Marketlərdə alıcılar necə aldadılır?

Artıq bir sıra sosial şəbəkələrdə qiymətlərin endirilməsi ilə bağlı tez-tez video-paylaşımlara rast gəlinir.

Artıq ən böyük Marketlərdə bu, adi hal alıb.

Qeyd edək ki, hələ yanvar ayında jurnalist Sevinc Paşayeva rastlaşdığı bir faktı müvafiq dövlət orqanlarının nəzərinə çatdırsa da, görünən odur ki, problem həll olunmayıb, əksinə geniş vüsət alıb. Sevinc Paşayevanın toxunduğu problemi yenidən təqdim edirik:

"Hələ bir həftə bundan qabaq 1.55 AZN-ə aldığımız konservləşdirilmiş qarğıdalı bu gün endirim adıyla 1.95-ə çıxarılıb vitrinlərə. Üstünə endirim yazılıb, əslində isə əvvəlki real qiymətindən 40 qəpik baha satılır. Marketlərdə əksər qida və qeyri-qida məhsullarının satışında vəziyyət bu cürdür.

Yəni satış şirkətləri süni qiymət artımını öz marketinq hoqqabazlıqları ilə ört-basdır etməyə çalışırlar. İnsanlar göz görə-görə həyasızcasına aldadılır. Bəs Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti hara baxır, bunları niyə görmür? Niyə bazara nəzarət yoxdur? Bu biabırçılıqlar nə vaxta qədər davam edəcək? Nə vaxta qədər istehlakçılar avam yerinə qoyulacaq? Deyin, işimizi bilək, əsəbimizi və səbrimizi, elə büdcəmizi də ona görə zorlayaq…”.скачать dle 10.6фильмы бесплатно
9-02-2023, 14:13
Baxıs: 228
Reyting: