Milli Məclisin növbədənkənar sessiyasının ilk iclasının tarixi məlum olub

Milli Məclisin növbədənkənar sessiyasının ilk plenar iclasının tarixi məlum olub.

Leqal.info-nun xəbərinə görə, toplantının iyunun 17-də keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Milli Məclisinin sədri Sahibə Qafarova 77 deputatın tələbi ilə Azərbaycan Konstitusiyasının 88-ci maddəsinin II hissəsinə əsasən, 2022-ci il iyunun 1-dən Milli Məclisinin növbədənkənar sessiyasının çağırılması haqqında sərəncam imzalayıb.

Xatırladaq ki, növbədənkənar sessiya çərçivəsində parlamentin ilk plenar iclasının iyunun 10-da keçirilməsi nəzərdə tutulurdu, lakin sonradan toplantının vaxtı dəyişdirilib.скачать dle 10.6фильмы бесплатно
14-06-2022, 14:44
Baxıs: 30 475
Reyting: