Bakıda polis nişanlısını öldürüb, özü isə intihar edib

Bakıda polisin nişanlısını öldürüb, daha sonra özünün intihar etməsi ilə bağlı cinayət işi başlanılıb.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətinin prokuroru Aynur Əfəndiyeva bildirib.

O qeyd edib ki, faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) və 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

Xatırladaq ki, hadisə bu gün günorta saatlarında paytaxtın Nərimanov rayonu ərazisindəki evlərin birində qeydə alınıb.

Belə ki, Xəzər Rayon Polis İdarəsinin əməkdaşı Tural Aslanov qısqanclıq zəminində nişanlısı Günay Cabbarovanı qətlə yetirdikdən sonra özü də intihar edib.

13.50
Bakıda polis nişanlısını öldürüb, özü isə intihar edib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov məlumat verib.

O bildirib ki, bu gün günorta saatlarında paytaxtın Nərimanov rayonu ərazisindəki evlərin birində Xəzər Rayon Polis İdarəsinin əməkdaşı Tural Aslanov qısqanclıq zəminində nişanlısı Günay Cabbarovanı qətlə yetirdikdən sonra özü də intihar edib.

Faktla bağlı araşdırmalar aparılır.скачать dle 10.6фильмы бесплатно
22-04-2022, 15:00
Baxıs: 31 204
Reyting: