Yevlaxda kasetli bomba partlayıb, ölən var

Yevlax rayonunda Vətən müharibəsi dövründə ermənilərin atdığı kasetli bombanın partlaması ölümlə nəticələnib.

"Report"un Qarabağ bürosunun məlumatına görə, hadisə gecə saatlarında, rayonun Aran qəsəbəsində qeydə alınıb. Belə ki, qəsəbə sakini, 26 yaşlı İsmayıl Mikayılov qoyun otararkən orada gördüyü naməlum əşyaya toxunub.

O, həmin əşyanın üzərinə çıxıb və qəfildən partlayış baş verib. İ.Mikayılov aldığı xəsarətlərdən dünyasını dəyişib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Ölən şəxsin meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yevlax rayon şöbəsinə yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb.

Qeyd edək ki, hadisə zamanı dünyasını dəyişən İ.Mikayılov əslən Kəlbəcərin Geşdək kəndindəndir. O, ailəsi ilə birlikdə Goranboyda məcburi köçkünlər üçün salınan şəhərciykdə məskunlaşıb.скачать dle 10.6фильмы бесплатно
2-02-2022, 12:00
Baxıs: 23 181
Reyting: