"Ali təhsil haqqında" yeni qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılır

"Ali təhsil haqqında" yeni qanun layihəsi Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılacaq.

Leqal.info-nun xəbərinə görə, layihə parlamentin Elm və təhsil komitəsinin 2022-ci ilin yaz sessiyası üçün işlər planına daxil edilib.

Sənəd Azərbaycanda ali təhsilin təmin olunması sahəsində dövlət siyasətinin əsas prinsiplərini, ali təhsilin təşkilatı-hüquqi və iqtisadi əsaslarını, təhsilalanların və təhsilverənlərin hüquq və vəzifələrini, ali təhsil sahəsində sahibkarlıq, innovasiya fəaliyyətini və digər məsələlərin əsas müddəalarını, eyni zamanda ali təhsil sahəsində beynəlxalq əməkdaşlıqla bağlı məqamları, qaydaları müəyyənləşdirəcək.

Qeyd edək ki, sabah - yanvarın 18-də komitənin yaz sessiyasında ilk iclası keçiriləcək.скачать dle 10.6фильмы бесплатно
17-01-2022, 12:00
Baxıs: 22 522
Reyting: