Azərbaycanda daha 1 356 nəfər koronavirusa yoluxub, 17 nəfər ölüb

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 1 356 yeni yoluxma faktı qeydə alınıb, 2 651 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Leqal.info-ya bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 17 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 476 409 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 441 731 nəfər müalicə olunaraq sağalıb, 6 370 nəfər vəfat edib, aktiv xəstə sayı 28 308 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 546, ötən müddət ərzində isə ümumilikdə 4 778 393 test aparılıb.скачать dle 10.6фильмы бесплатно
22-09-2021, 21:00
Baxıs: 35 198
Reyting: