Azərbaycan Türkiyəyə yeni səfir təyin edib

Rəşad Eynəddin oğlu Məmmədov Azərbaycan Respublikasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Leqal.info-nun məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

O, bu postda dövlət başçısının iyulun 26-da imzaladığı sərəncamla Azərbaycanın Türkiyədəki səfiri vəzifəsindən geri çağırılan Xəzər İbrahimi əvəzləyib.

Xatırladaq ki, R.Məmmədov 1973-cü il oktyabrın 31-də Gəncə şəhərində anadan olub. 1990-1995-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb, 2002-2004-cü illərdə G.Plexanov adına Rusiya Dövlət İqtisad Akademiyasının magistraturasını, 2017-2020-ci illərdə Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin doktoranturasını bitirib.

Birinci Qarabağ müharibəsi veteranıdır.

O, əmək fəaliyyətinə 1990-1992-ci illərdə Ədliyyə Nazirliyinin Aparatında kargüzar kimi başlayıb. 1995-1996-cı illərdə Bakı Hərbi Prokurorluğunda Mühafizə bölməsinin rəisi, 1996-2000-ci illərdə Bakı hərbi prokurorunun köməkçisi, 2000-2001-ci illərdə Azərbaycan Xarici İşlər Nazirliyinin MDB idarəsində attaşe, 2001-2006-cı illərdə Azərbaycanın Rusiya səfirliyində üçüncü katib, ikinci katib, 2006-2008-cı illərdə Xarici İşlər Nazirliyinin Konsulluq idarəsində Konsuluq hüquq məsələləri şöbəsinin müdiri işləyib.

R.Məmmədov 2010-2015-ci illərdə Azərbaycanın Qazaxıstanın Aktau şəhərindəki baş konsulu, 2015-ci ildən bu təyinatadək Azərbaycanın Qazaxıstanda fövqəladə və səlahiyyətli səfiri olub.

İngilis və rus dillərini bilir.

Evlidir, üç övladı var.скачать dle 10.6фильмы бесплатно
26-07-2021, 14:07
Baxıs: 19 355
Reyting: