Zelenskidən Rusiyanın qoşunlarını geri çəkməsinə münasibət

“Ukrayna ilə sərhəddə Rusiya hərbi birləşmələrinin azaldılması mütənasib olaraq gərginliyi də azaldır. Kiyev Donbasdakı vəziyyətin de-eskalasiyası ilə bağlı istənilən addımı alqışlayır”.

Leqal.info xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Tvitter səhifəsində yazıb:

“Ukrayna hər zaman ayıq-sayıqdır, ancaq eyni zamanda hərbi mövcudluğu azaldan və Donbassdakı vəziyyətin de-eskalasiya ilə bağlı atılan istənilən addımı alqışlayır. Ukrayna sülh istəyir. Dəstəyə görə beynəlxalq tərəfdaşlara təşəkkür edirik”.

Xatırladaq ki, Rusiya müdafiə naziri Sergey Şoyqu Cənubi və Qərb hərbi dairələrinin qoşunlarının ani yoxlanışının tamamlandığını elan edib. O, Baş Qərargah, hərbi bölgə komandirlərinə və Hava- Desant Qüvvələrinə aprelin 23-dən etibarən qoşunların daimi yerləşdirmə məntəqələrinə qaytarılmasına başlamağı, ətraflı təhlil aparmağı və ani yoxlanış nəticələrinin icmalını tərtib etməyi tapşırıb.скачать dle 10.6фильмы бесплатно
22-04-2021, 21:02
Baxıs: 41 148
Reyting: