Ərdoğandan Xocalı soyqırımı ilə bağlı paylaşım

“29 il əvvəl Xocalıda vəhşicəsinə qətlə yetirilən azərbaycanlı qardaşlarımızı rəhmətlə anıram”.

Leqal.info xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan öz tvitter hesabında Xocalı soyqırımı ilə bağlı paylaşımında bildirib.

“İllər keçsə də acısını unutmayacağımız, kədərini təkrar-təkrar yaşayacağımız Xocalı soyqırımının 29-cu ildönümündə qadın, uşaq, yaşlı demədən amansızcasına qətlə yetirilən 613 azərbaycanlı qardaşımızı rəhmətlə anır, dost və qardaş Azərbaycan xalqına başsağlığı diləyirəm.

Tək millət, iki dövlətik. Türkiyə olaraq haqlı mübarizədə Azərbaycanın yanında olmağa davam edəcəyik”, - deyə Türkiyə lideri qeyd edib.
Ərdoğandan Xocalı soyqırımı ilə bağlı paylaşımскачать dle 10.6фильмы бесплатно
26-02-2021, 14:54
Baxıs: 40 015
Reyting: