Daha 4 erməni hərbçinin meyiti tapıldı

Qarabağ münaqişəsi zonasında aparılan axtarış işləri zamanı daha 4 erməni hərbçinin meyiti tapılıb.

Leqal.info “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bununla da 13 noyabrdan bu günə qədər döyüş əməliyyatları ərazisində 1073 erməni əsgərinin cəsədinin tapıldığı bildirilib.

Hazırda axtarışların Füzuli, Zəngilan, Suqovuşan və Cəbrayıl ərazilərində davam etdiyi, prosesdə xilasetmə qrupları ilə birlikdə itkin düşmüş əsgər və könüllülərin valideynlərinin də iştirak etdiyi qeyd olunub.скачать dle 10.6фильмы бесплатно
25-12-2020, 14:20
Baxıs: 41 121
Reyting: