Türkiyə parlamenti Azərbaycana hərbi qüvvələr göndərilməsini təsdiqlədi

Türkiyə Böyük Millət Məclisi Azərbaycana hərbi qüvvələr göndərilməsi ilə bağlı qanun layihəsini təsdiqləyib.

Leqal.info xəbər verir ki, layihə parlamentin bu gün keçirilən iclasında müzakirə olunub və qəbul edilib.

İclasa TBMM-in sədr müavini, Xalqların Demokratik Partiyasından (HDP) olan deputat Nemətulla Ərdoğmuş rəhbərlik edib.

Xatırladaq ki, Türkiyə Azərbaycana hərbi qüvvə göndərəcək. Ölkənin Prezident Administrasiyası bununla bağlı qanun layihəsi hazırlayıb.

Layihəyə əsasən, Türkiyə hərbçiləri 1 il müddətinə Dağlıq Qarabağdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərəcəklər.скачать dle 10.6фильмы бесплатно
17-11-2020, 21:31
Baxıs: 20 951
Reyting: