Paşinyan onu da işdən çıxardı
Ermənilər tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarının azad edilməsi ilə bağlı gedən hərbi əməliyyatlarda ard-arda məğlub olan Ermənistan hökuməti daha bir yüksək vəzifəli şəxsi istefaya göndərib.
Leqal.info-nun məlumatına görə, Ermənistanın Ədliyyə Nazirinin müavini Vahe Danielyan vəzifəsindən azad edilib. Müvafiq fərmanı baş nazir Nikol Paşinyan verib. Qeyd olunur ki, V. Danielyan bu posta 2019-cu ilin dekabrında təyin edilmişdi. Xatırladaq ki, son iki gün ərzində Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əks-kəşfiyyat şöbəsinin rəisi, general-mayor Ovannes Karumyan, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları komandanı Vaqinak Sarkisyan və Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarının qərargah rəisi Qaqik Tevosyan tutduqları vəzifədən azad olunublar. |
XƏBƏR LENTİ
17-04-2024, 09:27
17-04-2024, 09:27
17-04-2024, 09:27
17-04-2024, 09:27
17-04-2024, 09:27
12-04-2024, 08:27
12-04-2024, 08:27
12-04-2024, 08:27
9-04-2024, 07:06