Seninem.Az > Maraqli / Manşet Yuxarı / Manşet Sağ > Nəhəng sürünənlərin məhv olmasına səbəb nə olmuşdur?
Nəhəng sürünənlərin məhv olmasına səbəb nə olmuşdur?Tarix: 24-08-2023, 10:19. Müəllif: admin2 |
|
Dərs kitablarının birində yazılmış bu yazı diqqətimi cəlb etdi. Orada yazılmışdır ki, nəhəng sürünənlərin məhv olmasına quşlar və məməlilər sinfinin meydana çıxması səbəb olmuşdur. Quşlar və məməlilərin mühitə uyğunlaşması sürünənlərə nisbətən daha yaxşıdır. Eyni zamanda qidalanma qabiliyyəti də üstündür. Bütün bunlar quşlar və məməlilərin Yer üzündə hakim mövqe tutmasına, nəhəng sürünənlərin isə məhv olmasına səbəb olmuşdur. Bütün bunlar elmdə uzun müddətdir ki, qəbul edilmişdir. Əslində isə nəhəng sürünənlərin məhv olması səbəbləri tamamilə başqadır. Onların yaşayış tərzinə, orqanlarının quruluşuna, mühitə uyğunlaşmasına, qidalanma qabiliyyətinə diqqət yetirsək aydın olar ki, nəhəng sürünənlər hər hansı rəqabət nəticəsində kütləvi surətdə məhv ola bilməzdi. Aydın olması üçün nəhəng sürünənlərdən bir neçəsinin yaşayış tərzinə aid olan məlumatlara diqqət yetirək. Bütün elmi kitablarda yazılmışdır ki, ilk sürünənlər suda-quruda yaşayanlardan əmələ gəlmişdir. Həmçinin 250 milyon il bundan əvvəl. Qazıntı işləri zamanı nəhəng sürünənlərin skeletləri tapılmışdır. Suda-quruda yaşayanların və ilk sürünənlərin skeletlərini müqayisə etdikdə oxşarlıqları görmək olar. Belə ki, hər iki sinfə aid olan heyvanlarda boyun hissələri olmuşdur. Döş sümüyü və döş qəfəsi olmamışdır. Başqa oxşarlıqlar da vardır. Bütün bunlar nəhəng sürünənlərin suda-quruda yaşayanlardan əmələ gəlməsinin sübutu kimi qeyd edilmişdir. Əslində isə nəhəng sürünənlər suda-quruda yaşayanlardan əmələ gəlməmişdir. Bunun sübutları vardır və izahı ayrı mövzudur. Dinozavrlar dəstəsinə aid olan heyvanlar çox nəhəng olmuşdur. Onların bədən uzunluğu 18-27 metr olmuşdur. Həm bitkilərlə, həm də heyvanlarla qidalanmışlar. Bəziləri yırtıcı olmuşlar. Ən müxtəlif qidalarla qidalanan, müxtəlif şəraitdə yaşaya bilən heyvanlar yaşayış uğrunda mübarizədə tamamilə məhv ola bilməzdi. Teriodontlar dəstəsinə aid olan sürünənlər başqa heyvanlardan xeyli fərqlənmişlər. Belə ki, onlarda ilk dəfə olaraq kəsici və köpək dişləri olmuşdur. Müasir sürünənlərdə ayaqlar gövdənin yanlarında yerləşir. Teriodontlarda isə ayaqlar gövdənin alt tərəfində yerləşir. Belə bədən quruluşu olan nəhəng sürünənlərin hər hansı rəqabət nəticəsində nəslinin kəsilməsi mümkün ola bilməzdi. Sual meydana çıxır. Müxtəlif mühit şəraitində yaşaya bilən, müasir heyvanlardan dəfələrlə böyük olan nəhəng sürünənlərin məhv olmasına səbəb nə olmuşdur? Elə fikir yarana bilər ki, sualın cavabının düzgün müəyyən edilməsinin elmi əhəmiyyəti yoxdur. Əslində isə müasir dövrümüzdə bütün canlı orqanizmlərdə baş verən dəyişiklikləri nəzərə alsaq, sualın cavabının əhəmiyyəti bizə aydın olar. Eyni zamanda gələcəkdə canlı orqanizmlərdə baş verə biləcək dəyişiklikləri düzgün proqnozlaşdırmaq üçün sualın cavabının düzgün müəyyən edilməsinin əhəmiyyəti böyükdür. Bəzi alimlər nəhəng sürünənlərin məhv olmasının səbəbini iqlimin kəskin soyuması ilə əlaqələndirirlər. Bu fikirlərlə razılaşmaq düzgün olmazdı. Doğrudur, Yer üzərində iqlimin kəskin soyuması hadisəsi baş vermişdir. Sürünənlərin kütləvi surətdə məhv olması 70-80 milyon il bundan əvvəl baş vermişdir. İqlimin soyuması Yer kürəsinin bütün nöqtələrində eyni səviyyədə baş verməmişdir. Digər tərəfdən sürünənlərdə müəyyən qədər iqlimə uyğunlaşma qabiliyyəti var idi. Ona görə də iqlimin soyuması nəhəng sürünənlərin kütləvi surətdə məhv olmasına əsas səbəb ola bilməzdi. Quşlar və məməlilər sinfinin meydana çıxması da sürünənlərin kütləvi surətdə məhv olmasına əsas səbəb ola bilməzdi. İbrahimov Tahə Ağsu rayonu, İlxıçı kəndi Geri Qayıt |