Seninem.Az > Maraqli / Manşet Yuxarı / Manşet Sağ > İntihar hallarının baş verməsinə səbəb nədir?

İntihar hallarının baş verməsinə səbəb nədir?


Tarix: 30-11-2023, 15:49. Müəllif: admin2
İntihar hallarının baş verməsinə səbəb nədir?


Mətbuat səhifələrində intihar hadisələri ilə əlaqədar yazılara tez-tez rast gəlmək mümkündür. Həmin yazıları oxuyanda aydın olur ki, intihar yaşından, məşğuliyyətindən, ailə vəziyyətdindən asılı olmayaraq da baş verir.
Doğrusu, həmin hadisələrlə mətbuatdan tanış olanda çox da diqqət yetirmirdim. Bu yaxınlarda televiziya kanallarının birində xarici ölkə tibb işçilərinin çıxışları nümayiş etdirilirdi. Həmin çıxışlardan aydın olur ki, intihar halları inkişaf etmiş ölkələrdə getdikcə çoxalır. Özü də sosial vəziyyətindən, cinsindən, yaşından asılı olmayaraq baş verir.
Tibb işçilərinin intihar hallarının səbəbləri haqqında fikirləri çox müxtəlif idi. Çıxış edənlərin əksəriyyəti sosial məsələlər və ailə münasibətlərini əsas səbəb kimi bildirirdilər.
Məsələnin insan orqanizmində baş verən mürəkkəb fizioloji proseslərlə əlaqədar olduğu mənə aydın idi. İntihar halları tibbi cəhətdən mürəkkəb məsələdir. Geniş izahat tələb edir. Buna görə də, hər hansı qeydlər etmək fikrindən uzaq idim. Lakin, bu yaxınlarda məlum oldu ki, baş ağrısından şikayət edən insanların sayı çoxalmışdır.
Təqribən iyul ayının 20-dən xəstəxanalara üz tutanların sayında kəsin artım müşahidə olunmağa başlamışdır. Bu zaman belə bir sual meydana çıxdı.
Görəsən, intihar halları ilə hazırda baş verən baş ağrıları arasında tibbi-bioloji cəhətdən əlaqə mövcuddurmu?
Sualın cavabını aydınlaşdırmaq üçün müşahidələrimə başladım. Bu zaman aydın oldu ki, intihar və hazırda baş verən baş ağrıları eyni səbəblərdən baş verir.
Məlumdur ki, Günəşdən Yer atmosferinə dalğa uzunluğu müxtəlif olan şüalar və elektronlar daxil olur. Həmin şüaların və elektronların Yer üzərinə gəlib çatması relyef, səth örtüyü, fəsillər və başqa amillərdən asılıdır.
Son illər Günəşdə gedən proseslərlə əlaqədar olaraq, elmə məlum olmayan elektronlar Yer atmosferinə daxil olur. Həmin elektronlar insanın baş beyin qabığında yerləşən hüceyrələrə öldürücü təsir göstərir, ya da həmin hüceyrələrin fəaliyyəti pozulur. Bunların nəticəsində baş beyin digər hüceyrələrinin də normal işi pozulur. Baş beyin həyat mərkəzləri öz funksiyasını yerinə yetirə bilmir. Bu zaman belə insanlar həyatda yaşamaq, mübarizə aparmaq istəyi heç olur.
Həmin insan çox sakit, bəzən qeyri-iradi hərəkətlər edir. Yalnız necə olursa-olsun, fikrində ölmək haqqında düşünür.
Təəssüf ki, Yer üzərinə gəlib çatan həmin elektronların miqdarı getdikcə çoxalır. Həmin elektronlar təkcə intihar hallarının çoxalmasına deyil, ağır xəstəliklərin də yaranmasına səbəb olur. Bu fikirlərin isə doğru olub-olmamasını gələcəkdə elmi tədqiqatlar sübut edəcəkdir.
Təbiəti məlum olmayan həmin elektronlar bəzi bitkilərə məhvedici təsir göstərir. Yarpaqların üzərinə düşdükdə yaşıl rəng itir. Ağ rəng əmələ gəlir. Sonra həmin yarpaqlar məhv olaraq yerə tökülür. Fotesintez zəifləyir. Bitkilərin məhsuldarlığı aşağı düşür. Mil kök sistemi olan bitkilərdə kök təzyiqi tədricən dayanır. Nəticədə su və mineral duzların gövdə ilə yuxarı hərəkəti zəifləyir. Bu da bitkilərin tamamilə məhvinə səbəb olur.
Yenə sual meydana çıxır. İnsanlarda baş verən kütləvi baş ağrısına səbəb nədir? Nə üçün iyul ayının 20-dən sonra, başı ağrıyan insanların sayı çoxalmışdır?
Məsələ burasındadır ki, Yer üzərinə gəlib çatan zərərli elektronların miqdarı iyul ayının 20-dən başlayaraq tədricən çoxalmağa başlayır. Həmin elektronlar sinir sisteminin əsasını təşkil edən neyronların üzərinə düşdükdə onların fəaliyyəti pozulur. Bu zaman neyronların bir-biri ilə əlaqəsi zəifləyir. Baş beyin hüceyrələrinin qanla təchiz olunmasında fasilələr yaranmağa başlayır. Nəticədə həmin insanlarda güclü baş ağrısı, baş gicəllənmə halları yaranır.
Bəzən həkimlər xəstəlikdən əziyyət çəkən insanlara diaqnoz qoymaqda çətinlik çəkirlər. Zərərli elektronların ən qapalı yerlərə belə daxil olmaq xüsusiyyəti vardır.
Respublikamızın ərazisinə Günəşdən gələn zərərli elektronların miqdarı avqust ayının təqribən 20-dən sonra azalmağa başlayacaqdır. Yer kürəsinin cənub yarımkürəsinə isə həmin elektronların gəlib çatması güclənəcəkdir.
Ümumiyyətlə, hansı ölkələrin ərazisinə təbiəti məlum olmayan elektronların gəlib çatması məsələsinin izahı ayrı mövzudur.

Tahə Lətif oğlu İbrahimov,
Ağsu rayonu İlxıçı kəndi.
скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt